“Qala Həyat Sığorta” nizamnamə kapitalını artırır

0

Qala Həyat Sığorta” ASC nizamnamə kapitalını təxminən 170 min manat artırmağa planlaşdırır.

Bu barədə “Report” Agentliyinə  şirkətdəki mənbə bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Onun sözlərinə görə, kapital artımı dövriyyəyə yeni səhmlərin buraxılması ilə həyata keçiriləcək.

Bununla da “Qala Həyat Sığorta”nın nizamnamə kapitalı 13 mln manatı keçəcək.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Şirkətin səhmlərinin 91,11%-i “AzRe Təkrarsığorta ASC-yə (“Qala Sığorta” ASC-nin 100%-lik, “Azər-Türk Bank” ASC-nin 6,55%-lik səhmdarı), 8,89%-i isə “Quna” MMC-yə məxsusdur.