15 C
Baku
Wednesday, May 1, 2024

“Qala Həyat” səhmdarlarına 7.5 mln. manat dividend ayırıb

“Qala Həyat” ASC sığorta şirkəti 2023-cü ildə də səhmdarlarına dividend ödənişini davam etdirib.

Banker.az xəbər verir ki, “Qala Həyat” hesabat ilində səhmdarlarına 7.5 milyon manatlıq dividend ödəyib. Bu 2022-ci ildə 6.175 mln. manat təşkil edirdi.

“Qala Həyat” ASC-nin iki səhmdarı var. Həyat sığortası üzrə fəaliyyətdə olan şirkətin 13.04 mln. manatlıq nizamnamə kapitalının 90%-i “AzRe Təkrarsığorta” ASC və 10%-i isə Kamal İbrahimova məxsusdur. 

Sığorta şirkəti 2023-cü ildə 25.2 mln. manat cəmi gəlirə qarşı 7.94 mln. manat xalis mənfəət əldə edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər