“Qala Həyat Sığorta” ASC 2025-ci ili 10 milyon 60 min manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə sığorta şirkətinin mənfəəti 8 milyon 318 min manat olub ki, bu da illik müqayisədə 21% çoxdur.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Qala Həyat Sığorta”nın əsas əməliyyat gəlirləri 30 milyon 876 min manat (illik müqayisədə 21% çox), xərcləri 16 milyon 563 min manat (4% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 515 min manat (21% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 55 milyon 968 min manat, öhdəlikləri 24 milyon 199 minn manata, balans kapitalı isə 31 milyon 769 min manata çatıb.
“Qala Həyat Sığorta” ötən il 29 milyon 707 min manat sığorta haqları yığmışdırsa, 2024-cü ildə 25 milyon 594 min manat toplayıb.






