“Qala Həyat Sığorta” ASC 2022-ci ili 7 milyon 842 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ildə sığorta şirkətinin mənfəəti 4 milyon 741 min manat olub ki, bu da illik müqayisədə 65.4% çoxdur.
Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 22 milyon 405 min manat (illik müqayisədə 16% çox), xərcləri 12 milyon 557 min manat (5 % az), mənfəət vergisi ödəmələri isə 2 milyon 6 min manat (43% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 43 milyon 220 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 5.3% azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 18.4% azalaraq 18 milyon 134 min manata, balans kapitalı isə 7% artaraq 25 milyon 86 min manata çatıb.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.