“Qala Həyat” sığorta şirkətinin işçilərinin sayında azalma olub.
Banker.az bu barədə şirkətin 2019-cu il üzrə illik idarəetmə hesabatına istinad edir.
Belə ki, 2019-cu ildə “Qala Həyat” sığorta şirkətinin işçilərinin sayı 69 nəfər olub. Halbuki, 2018-ci ilin illik idarəetmə hesabatına görə isə bu sığorta şirkətinin işçilərinin sayı 72 nəfər təşkil edib. Beləliklə, illik müqayisədə 3 nəfər işçi ixtisarı olub.
Xatırladaq ki, “Qala Həyat” Sığorta Şirkəti 2010-cu ildən fəaliyyətə başlayıb. “Qala Həyat” 13 041 600 manat nizamnamə kapitalına malik olan həyat sığortası şirkətidir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.