8 C
Baku
Monday, November 18, 2024

“Qala Həyat Sığorta Şirkəti”nin yığımları azalmaqdadır

“Qala Həyat Sığorta” ASC-nin 2024-cü ilin yanvar-aprel ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət 4 ayda 7.807 min manat həcmində sığorta haqqı toplayıb. Bu da 2022-ci ilin eyni ayı ilə müqayisədə 214 min manat və ya 3% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 8.021 min manat təşkil etmişdir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər