“Qala Həyat Sığorta” ASC-nin baş mühasibi vəzifəsini müvəqqəti icra edən Kəmalə Əliyeva işdən çıxıb. Bu barədə “Report”a Şirkətdən bildirilib.
Məlumata görə, hazırda baş mühasib vəzifəsini icrası müvəqqəti olaraq Lada Əmirovaya həvalə edilib.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin səhmlərinin 88,57%-i “AzRe Təkrarsığorta” ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.