“Qala Həyat Sığorta Şirkəti” müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da yüksəltmək məqsədi ilə öz fəaliyyətini yeni ofisində davam etdirəcək.
27 mart 2019-cu il tarixindən etibarən “Qala Həyat Sığorta Şirkəti” ASC Bakı şəhəri, İzmir küçəsi 5A (faktiki ünvan) ünvanında fəaliyyət göstərəcək.
Əvvəlki ofisdə olduğu kimi, yeni ofisdə də vətəndaşlara həyat sığortasının bütün növləri üzrə xidmətlər göstərilir. “Qala Həyat”ın xidmət və məhsullarından yararlanmaq istəyən hər kəs həftənin 5 günü səhər saat 09:00-dan 18:00-dək yeni ünvanda yerləşən baş ofisə – İzmir küçəsi 5A ünvanına yaxınlaşa bilər.
Qeyd edək ki, müştərilərinə daha da yaxın olmağı əsas prioritet seçən “Qala Həyat” yalnız paytaxtda Bakıda deyil, “Qala Sığorta” şirkətinin bölgələrdə yerləşən xidmət şəbəkəsi vasitəsi ilə də vətəndaşlara həyat sığortası xidmətləri təklif edir.
Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” 2010-cu ildən fəaliyyətə başlayıb.