13 C
Baku
Friday, November 22, 2024

“Qala Həyat Sığorta”nın Direktorlar Şurasının sədri şirkətdən pay alıb

“Qala Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Kamal İbrahimov şirkətdən pay alıb.

Banker.az bu barədə Report agentliyinə istinadən xəbər verir.

O, bunun üçün indiyə qədər “Qala Həyat Sığorta”ın səhmlərinin 8,9%-nə nəzarət edən “Quna” MMC-nin payına tam şəkildə, digər və əsas səhmdar “AzRe Təkrarsığorta” ASC-nin payına isə qismən (1,1%) sahib olub.

Beləliklə, hazırda K.İbrahimovun şirkətdəki payı 10%, “AzRe Təkrarsığorta”nın payı isə 90%-dir (hər birinin nominal dəyəri 2 860 manat olan 456 ədəd və 4 104 ədəd səhm).

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır.

Son xəbərlər
Digər xəbərlər