10 C
Baku
Wednesday, March 19, 2025

“Qala Həyat Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Qala Həyat Sığorta” ASC 2024-cü ili 8 milyon 318 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə sığorta şirkətinin mənfəəti 7 milyon 941 min manat olub ki, bu da illik müqayisədə 5% çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 27 milyon 662 min manat (illik müqayisədə 10% çox), xərcləri 17 milyon 265 min manat (13% çox), mənfəət vergisi ödəmələri isə 2 milyon 79 min manat (4.5% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 44 milyon 244 min manat olub. Hesabat dövründə şirkətin öhdəlikləri 5% artaraq 18 milyon 610 min manata, balans kapitalı isə 0.4% artaraq 25 milyon 634 min manata çatıb.

“Qala Həyat Sığorta” ötən il 25 milyon 564 min manat sığorta haqları yığmışdırsa, 2023-cü ildə 25 milyon 295 min manat toplayıb.

Son xəbərlər
Digər xəbərlər