23 C
Baku
Friday, April 19, 2024

“Qala Həyat Sığorta”nın maliyyə vəziyyəti məlum oldu

“Qala Həyat Sığorta” ASC 2021-ci ili 4 milyon 741 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə sığorta şirkətinin mənfəəti 2 milyon 189 min manat olub ki, bu da illik müqayisədə 2.2 dəfə çoxdur.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Həyat Sığorta”nın gəlirləri 19 milyon 351 min manat (illik müqayisədə 11% çox), xərcləri 13 milyon 205 min manat (9 % az), mənfəət vergisi ödəmələri isə 1 milyon 405 min manat (1.8 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Həyat Sığorta”nın aktivləri 45 milyon 631 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 17.2% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 1.7 dəfə artaraq 22 milyon 212 min manata, balans kapitalı isə 9% azalaraq 23 milyon 419 min manata çatıb.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər