13 C
Baku
Friday, November 22, 2024

“Qala Həyat Sığorta”nın rəhbərliyində dəyişiklik olub

“Qala Həyat Sığorta” ASC-nin İdarə Heyətinin (İH) sədri vəzifəsini müvəqqəti icra edən Nicat Hüseynov işdən çıxıb. Bu barədə şirkətdən bildirilib.

Məlumata görə, hazırda “Qala Həyat Sığorta”ya müvəqqəti olaraq şirkətin İH-nin üzvü (həm də Satış departamentinin direktoru) Azər Əlizadə rəhbərlik edir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin səhmlərinin 88,57%-i “AzRe Təkrarsığorta” ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.

Report

Son xəbərlər
Digər xəbərlər