12 C
Baku
Wednesday, December 11, 2024

“Qala Həyat Sığorta”nın rəqiblərindən fərqli olaraq sığorta yığımları azalıb — Ödənişləri böyüyüb

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin sığorta haqları üzrə yığımları illik müqayisədə  1 milyon 11.6 min manat və ya 7% azalıb. Halbuki, onun rəqibləri 3%-112% arasında artım göstərə biliblər.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, şirkət 2024-cü ilin ilk 7 ayında 13 milyon 962.94 min manat cəmi yığım edib. Bu göstərici keçən ilin eyni dövründə 14 milyon 974.5 min manat olmuşdu.

“Qala Həyat” Sığorta Şirkətinin ödənişləri isə yüksəlib. Məsələn, keçən ilin ilk yeddi ayında cəmi 1 milyon 648.7 min manat ödənişlər olmuşdusa, cari ildə bu rəqəm 3 milyon 260.59 min manat olub.

4324234

 

Son xəbərlər
Digər xəbərlər