9 C
Baku
Thursday, November 28, 2024

“Qala Həyat Sığorta”nın yığımlarında 1 milyon manatlıq geriləmə

“Qala Həyat Sığorta” ASC-nin 2024-cü ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət 10 ayda 20.361 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 1.088 mln manat və ya 5% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 21.449 mln. manat təşkil etmişdir.

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10%-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.

Son xəbərlər
Digər xəbərlər