“Qala Həyat” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.
Banker.az-ın əldə etdiyi məlumata görə, bu Anar Talıb oğlu Talıbov-dur.
Buna qədər isə bu vəzifədə Azər Əliman oğlu Əlizadə müvəqqəti icra edirdi.
A.Talıbov 2019-cu ilin noyabrına qədər “Azsığorta” ASC-nin Direktorlar Şurasının üzvi kimi çalışıb. Daha əvvəllər isə “Azsığorta”nın İdarə Heyətində (sədr kimi) çalışıb.
“Qala Həyat” ASC- 2008-ci ildə yaradılıb və 13.04 mln. manatlıq nizamnamə kapitalına sahibdir. Səhmlərinin 100%-i “Quna” şirkətinə məxsusdur.
Haqqında
Talıbov Anar Talıboğlu, 1979-cu ildə Bakı şəhərində doğulub. Ailəlidir.
2 ali təhsil alıb.1995-1999-cu ildə Bakı Dövlət Universitetinin “Tarix” fakultəsini, 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq İqtisadi Münasibətlər” fakültəsini bitirib.