6 C
Baku
Monday, December 16, 2024

“Qala Həyat”ın gəlirləri 38% azalıb

“Qala Həyat” Sığorta Şirkəti ASC-nin cəmi gəlirləri cari ilin ilk 6 ayı ərzində 9,53 mln. manat təşkil edib. Bu illik müqayisədə 38% azalmanın olması deməkdir.

Banker.az bu barədə, SŞ-nin 2019-cu ilin ilk yarımilliyi üçün açıqladığı hesabatda deyilir.

Buna baxmayaraq sığorta şirkəti gəlirlərinin azalması fonunda xərclərini də kəskin şəkildə azalmalı olub. Belə ki, sığorta şirkətinin xərcləri cari ilin 6 ayı ərzində 8,3 mln. manat (2018-ci ilin eyni dövründə 14,54 mln. manat idi) olub. Bu səbəbdən də sığorta şirkəti mənfəətə (1,23 mln. manat) çıxa bilib.

“Qala Həyat”ın cəmi aktivləri də gəlirləri kimi kiçilməkdədir. Sığorta Şirkətinin cəmi aktivlərinin həcmi 1 iyul 2019-cu il tarixdə 35,23 mln. manat olub, hal bu ki ilin əvvəli bu 37,72 mln. manat idi.

“Qala Həyat”ın cəmi öhdəliklərinin həcmi isə hazırda 13,30 mln. manat, cəmi kapitalı isə 21,93 mln. manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər