“Qala Həyat” Sığorta Şirkəti ASC-nin Müşahidə Şurasına yeni üzv seçilir.
Banker.az xəbər verir ki, sığorta şirkətinin səhmdarlarının Ümummi Yığıncağının qərarı ilə Tatiana Savelyeva Mixaylovna bu vəzifəyə təyin edilib.
T.Savelyeva buna qədər Sığorta Şirkətinin İdarə Heyətinin üzvü idi.
Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 13 041 600 manatdır. Şirkətin səhmlərinin 90 %-i “Təkrarsığorta” ASC-yə (“Qala Sığorta” ASC-nin 100 %-lik səhmdarı), 10 %-i isə Kamal İbrahimova (Direktorlar Şurasının sədri) məxsusdur.







