“Azərsu” ASC “Protean Construction” ASC və “Araz İnşaatçı” MMC ilə 15 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, 1-ci müqavilədə Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 9 020 554 manatdır.
2-ci müqavilədə isə Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 5 511 259 manatdır.