17 C
Baku
Tuesday, May 21, 2024

Qala, Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin su təchizatına 15 milyon manat ayrıldı

“Azərsu” ASC “Protean Construction” ASC və “Araz İnşaatçı” MMC ilə 15 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, 1-ci müqavilədə Qala və Mərdəkan qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 9 020 554 manatdır.

2-ci müqavilədə isə Buzovna və Maştağa qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 5 511 259 manatdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər