“Aqroservis” Açıq Səhmdar Cəmiyyəti “Qala Sığorta” ASC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə nəqliyyat vasitələrinin kasko sığortası xidmətinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 57.817,76 AZN-dir.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.