13 C
Baku
Saturday, November 23, 2024

“Qala Sığorta” baş ofisinin yerini dəyişib

“Qala Sığorta” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.

Şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 124B ünvanından Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, məhəllə 221 ünvanına köçürülüb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90%-nə nəzarət edir.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər