8 C
Baku
Monday, November 18, 2024

“Qala Sığorta” bir ildə 3 milyon manata yaxın pul itirib

“Qala Sığorta” ASC-nin 2022-ci ilin yanvar-noyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-noyabr aylarında 36.506 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.604 mln. manat və ya 7% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 39.110 mln. manat təşkil etmişdir.

11 ayda şirkət tərəfindən ümumilikdə 5.397 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 283 min manat və ya 6% çox olub.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər