“Qala Sığorta” ASC Azərbaycanda fəaliyyətdə olan tikinti şirkəti ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, Sığorta şirkəti “AS TEXNOSERVİS” MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən qaynaqlanır.
Şirkətin nizamnamə kapitalı 100 manat olmaqla ona qanuni təmsilçiliyi Elmar Əhmədov adlı şəxs edir.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb. Şirkətin 100% səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.