2 C
Baku
Saturday, December 14, 2024

“Qala sığorta” İSB-nin üzvü olub

“Qala sığorta” şirkəti İcbari Sığorta Bürosunun (İSB) üzvü olub. Bu barədə büronun məlumatında bildirilir.

“Qala Sığorta” dekabrın 11-də İSB iştirakçıları reyestrinə daxil edilib”,- deyə məlumatda bildirilir.

“Qala Sığorta” “Əmlak sılortası” və “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə xidmətlər göstərəcək.

“Qala Sığorta” İSB-nin 16-cı üzvüdür.

Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzRE Təkrarsığorta” şirkəti “Chartis Azerbaijan” şirkətinin səhmlərinin 100%-ni $6,5 mln-a əldə edib.”Chartis Azerbaijan” sığorta şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. “AzRE Təkrarsığorta” şirkəti hazırda “Qala Həyat Sığorta “ şirkətinin səhmdarıdır.

Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.

Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu, büronun işə başlaması üçün sığortaçıların ödədiyi daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlamalıdırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə sığorta haqlarının ümumi məbləğinin 5%-ni büronun hesabına köçürməlidirlər.

Büronun təsisçisi və üzvü olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.

Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, bu halda hər növə görə ayrıca depozit ödəməlidir.

Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 200 min manat; sərnişinlərin icbari sığortası üzrə 200 min manat, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 100 min manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər