“Qala Sığorta” ASC-nin Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib. Bu barədə Şirkətin İdarə Heyətinin (İH) sədri Viladi Maniyev məlumat verib.
Onun sözlərinə görə, söhbət Kamal İbrahimovdan gedir. O, yeni vəzifəsində Fuad Quliyevi (“Qala Sığorta”nın 100% səhmdarı “AzRe Təkrarsığorta” ASC-nin İH-nin sədri) əvəz edib. F.Quliyev isə hazırda DŞ-nın üzvüdür.
Onunla bərabər DŞ-da Vüsal Abbasov (“AzRe Təkrarsığorta”nın İH-nin sədr müavini) də təmsil olunur. İndiyə qədər DŞ-nın üzvü olan Nərgiz Nəsrullayeva-Müdüroğlu isə vəzifəsindən kənarlaşdırılıb.
Xatırladaq ki, Kamal İbrahimov, həm də “AzReTəkrarsığorta”nın digər törəmə sığorta şirkəti – “Qala Həyat Sığorta”nın DŞ-na rəhbərlik edir. Bu şirkətin də DŞ-nın digər üzvləri F.Quliyev və V.Abbasovdur. İndiyə qədər “Qala Həyat Sığorta”nın DŞ-nin üzvü olan Loğman Məmiyev isə vəzifəsindən kənarlaşdırılıb.
Qeyd edək ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında yaradılıb, nizamnamə kapitalı 6,787 mln. manatdır.
“Qala Həyat Sığorta” isə 2008-ci ildə yaradılıb, nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin əsas səhmdarı “AzRe Təkrarsığorta”dır (88,6%).
Report