21 C
Baku
Friday, April 26, 2024

“Qala Sığorta”da daha bir təyinat

“Qala Sığorta” ASC-nin İdarə Heyətinə (İH) sədr müavini təyin edilib. 

Bu barədə şirkətin İH-nin sədri Viladi Maniyev məlumat verib.

Onun sözlərinə görə, söhbət Fuad Allahverdiyevdən gedir. O, indiyə qədər “Qala Sığorta”nın İddialara nəzarət Departamentinin direktoru olub.

V.Maniyev və F.Allahverdiyevdən başqa şirkətin İH-də həm də Elmar İslam (baş mühasib) və Ülkər Əhmədzadə (məsul aktuari) üzv kimi təmsil olunurlar.

“Qala Sığorta”da iddialara nəzarət isə Elçin Süleymanova həvalə edilib. O, bundan əvvəl “Günay Sığorta” ASC-nin Təkrarsığorta və anderraytinq Departamentinin direktoru olub.

Xatırladaq ki, bundan əvvəl “Qala Sığorta”nın Direktorlar Şurasına (DŞ) yeni sədr təyin edilib, qurumun tərkibi yenilənib.

“Qala Sığorta” şirkəti 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6,787 mln. manatdır. Şirkətin səhmləri 100% “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər