10 C
Baku
Şənbə, Dekabr 4, 2021

“Qala Sığorta”da yeni təyinat

“Qala Sığorta” ASC-nin yeni yaradılmış Satış Departamentinə direktor təyin edilib.

Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Seymur Sərxanov gətirilib.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 6 786 500 manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 19,39 manat olan 350 min səhm əsasında formalaşıb. Səhmlər 100% “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Report

Son xəbərlər
Oxşar xəbərlər
X