10 C
Baku
Thursday, December 12, 2024

“Qala Sığorta”da yeni təyinat olub

“Qala Sığorta” ASC-də daxili audit komitəsinə müvəqqəti rəhbər təyin olunub.

Banker.az xəbər verir ki vəzifəyə təyin olan şəxs Babayev Yasin Sultan oğludur.

Sığortaçının daxili audit xidməti – Daxili audit xidməti İdarə Heyəti ilə birlikdə sığortaçının daxili nəzarət və risklərin idarə edilməsi sistemlərinin fəaliyyətinə nəzarəti həyata keçirir. Daxili audit xidməti Təftiş Komissiyasının nəzarəti altında fəaliyyət göstərir.

Bu xidmətə başçılığı Daxili audit xidmətinin rəhbəri həyata keçirir. Xidmət rəhbəri Təftiş Komissiyasının təqdimatı ilə Direktorlar Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Sığortaçılarda daxili auditin aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər