12 C
Baku
Saturday, November 23, 2024

“Qala Sığorta”dan Azərbaycan İnvestisiya Holdinqinə transfer – Təyinat

Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat olub.

Banker.az xəbər verir ki, Müslümzadə Maqsud Arifoviç Daxili audit, uyğunluq və nəzarət xidmətləri şöbəsinin müdiri təyin edilib. O, bu vəzifəsinin icrasına 2021-ci ilin avqustundan start verib.

M.A.Müslüm-Zadə 2010-ci ilin yanvarından 2011-ci ilin fevralına qədər “Bakı Sığorta” ASC-nin Ümumi audit departamentinin direktor müavini, 2011-ci ilin fevralından 2016-cı ilin iyununa qədər “AzSığorta” ASC-nin Sığorta və təkrarsığorta əməliyyatları departamentinin direktoru, 2016-cı ilin aprelindən 2021-ci ilin avqustuna qədər “Qala Sığorta” ASC-nin Daxili audit xidmətinin rəhbəri vəzifəsində çalışırdı.

Son xəbərlər
Digər xəbərlər