19 C
Baku
Sunday, May 5, 2024

“Qala Sığorta”nın Direktorlar Şurasının üzvü şirkətdən ayrılıb

“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvü Şamil Hüseynov şirkətdən ayrılıb.

Bu barədə sığorta şirkətinə istinadən xəbər verilir. Bununla da, sığorta şirkətinin Direktorlar Şurasının tərkibi 4 nəfərdən ibarət olub. Hazırda DŞ-nin sədri Kamal İbrahimov, sədr müavini Aydın Rəhmanov, DŞ-nin üzvü Aynur Bayraml və müstəqil üzv Elxan Gülməmmədovdur.

Qeyd edək ki, Şamil Hüseynov 2021-ci ildə “Qala Sığorta”nın Direktorlar Şurasının üzvü seçilib. Buna qədər isə “Atəşgah Həyat”ın Direktorlar Şurasının üzvü olub.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis-Azərbaycan” şirkətinin bazasında 2015-ci ildə yaradılıb. Onun səhmlərinin 100%-i “AzRe Təkrar Sığorta” şirkətinə məxsusdur.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər