6 C
Baku
Sunday, December 15, 2024

“Qala Sığorta”nın durumu bəlli olub

“Qala Sığorta” ASC-nin (SŞ)xalis mənfəəti ötən ilin sonuna 1 mln. 133 min manat təşkil etməklə işini zərərdən mənfəətə çevirib.

Banker.az xəbər verir ki, bu barədə “Qala Sığortan”nın 2019-cu ilin 1 yanvar tarixinə olan məliyyə hesabatında deyilir.

SŞ-nin ötən ilin 4 fəsli ərzində cəmi gəlirləri 21,26 mln. manat, cəmi xərcləri isə 19,94 mln. manat təşkil edib. 

Cəmi gəlirlərinin artması səbəbkarı ötən ildən fəqli olaraq əsas əməliyyat gəliri olan birbaşa sığorta haqlarının 5 mln. manatdan çox artaraq 16,58 mln. manat təşkil etməsi olub.

Bundan əlavə sığorta şirkətinin 5,5 mln. manatlıq xalis sığorta ehtiyatlarının mənfiyə istiqamət dəyişməsi müşahidə olunub.

Hazırda “Qala Sığorta”nın cəmi aktivlərinin 20,41 mln. manat, cəmi öhdəlikləri 12 mln. manat və cəmi kapitalı 8,4 mln. manat olub.

Bildirək ki, sığorta şirkətinin cəmi kapitalının 8,05 mln. manatı nizamanmə kapitalıdır.

Xatırladaq ki, “Qala Sığorta”nın səhmlərinin 100%-i “AzRe Təkrarsığorta” ASC-yə məxsusdur.

Ətraflı: LİNK

Son xəbərlər
Digər xəbərlər