“Qala Sığorta” ASC-nin İdarə Heyətinə yeni üzvlər seçilib.
Banker.az xəbər verir ki, şirkətin səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən Rəşad Ağayev Fazil oğlu, Famil Əliyev Əkbər oğlu İdarə Heyətinin üzvü seçiliblər.
Rəşad Ağayev şirkətin baş mühasibi, Famil Əliyev isə baş risk inzibatçısı vəzifəsində çalışıb.
Hazırda sığorta şirkətinin icra strukturu belədir:
- Fuad Kamran oğlu Allahverdiyev – sədr
- Taleh Zəkulla oğlu Yunsurov – sədr müavini
- Rafail Ziyaddin oğlu Çəndirli – üzv
- Rəşad Fazil oğlu Ağayev – üzv
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.