“Qala Sığorta” ASC-nin 2024-cü il üzrə işçilərinin sayı açıqlanıb.
Banker.az bu barədə şirkətin illik idarəetmə hesabatına istinad edir.
2024-cü ildə “Qala Sığorta” şirkətinin işçilərinin sayı 243 nəfər olub. 2023-cü ilin illik idarəetmə hesabatına görə isə bu sığorta şirkətinin işçilərinin sayı 195 nəfər təşkil edib.
Beləliklə, “Qala Sığorta” nın işçilərinin sayı illik müqayisədə 48 nəfər artıb.