13 C
Baku
Saturday, November 23, 2024

“Qala Sığorta”nın maliyyə vəziyyəti açıqlandı

“Qala Sığorta” ASC 2021-ci ili 9 milyon 373 min manat xalis mənfəətlə başa vurub. 2020-ci ildə şirkətin mənfəəti 2 milyon 141 min manat olub ki, bu da illik müqayisədə 4.4 dəfə çoxdur.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Qala Sığorta”nın gəlirləri 43 milyon 361 min manat (illik müqayisədə 20% çox), xərcləri 31 milyon 673 min manat (5% az), mənfəət vergisi ödəmələri isə 2 milyon 315 min manat (3.7 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 52 milyon 887 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 11.3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 7.3% azalaraq 33 milyon 46 min manata düşüb, balans kapitalı isə 67% artaraq 19 milyon 842 min manata çatıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Şirkətin səhmləri 100% “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

qs1 qs2 qs3 qs4

Son xəbərlər
Digər xəbərlər