“Qala Sığorta” ASC 2024-cü ili 14 milyon 878 min manat xalis mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 9 milyon 893 min manat olub ki, bu da illik müqayisədə 50.4% azdır.
Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Qala Sığorta”nın gəlirləri 78 milyon 157 min manat (illik müqayisədə 41% çox), xərcləri 59 milyon 901 min manat (39% çox), mənfəət vergisi ödəmələri isə 3 milyon 378 min manat (37.4% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 86 milyon 995 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 24.3% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 28% artaraq 55 milyon 710 min manata, balans kapitalı isə 19% artaraq 31 milyon 285 min manata çatıb.