12 C
Baku
Cümə, Dekabr 3, 2021

“Qala Sığorta”nın rəhbərliyinə iki təyinat baş tutub

“Qala Sığorta” ASC-nin Direktorlar Şurasına iki şəxs seçilir. Bu barədə Banker.az şirkətə yaxın mənbələrdən məlumatı əldə edir.

Bununla bağlı “Qala Sığorta”nın səhmdarları qərara gəliblər.

Bunlardan biri Şamil Hüseynov Kazım oğlu üzv kimi və Elxan Gülməmmədov Zakir oğlu isə müstəqil üzv kimi seçiliblər.

Qeyd edək ki, “Qala Sığorta”nın Direktorlar Şurasının sədri Kamal İbrahimovdur. O, hazırda həmçinin “Baku Steel Company” MMC-nin direktorudur.

“Qala Sığorta”da daha bir dəyişiklik isə Daxili audit xidmətinin rəhbərinin dəyişməsidir. Belə ki, Maqsud Müslümzadə Arifoviç vəzifəsindən ayrılıb, onun yerinə Əmiraslan Əliyev Faiq oğlu təyin edilib.

“Qala Sığorta” 1999-cu ildə yaradılıb və 8.94 mln manat nizamnamə kapitalına sahibdir. Kapitalının 100%-i “AzRe Təkrar Sığorta” şirkətinə məxsusdur.

Son xəbərlər
Oxşar xəbərlər
X