“Qala Sığorta” ASC-nin Direktorlar Şurasının üzvlərindən biri vəzifəsindən ayrılıb.
Banker.az xəbər verir ki, bu, müstəqil üzv olan Elxan Gülməmmədov Zakir oğlu vəzifəsindən ayrılıb.
Bununla da üzvlərin sayı sədrlə birlikdə dördə düşüb.
Elxan Gülməmmədov 2025-ci ilin iyulundan Dövlət Sosial Müdafiə Fonduna şöbə müdiri kimi keçib və beləliklə, oktyabrdan etibarən adıçəkilən sığorta şirkətindən ayrılıb.
Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə məxsusdur. Bu şirkət həm də “Qala Həyat Sığorta” ASC-nin səhmlərinin 90 %-nə nəzarət edir.








