“Qala Sığorta” ASC-nin 2022-ci il üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, ötən il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət 2022-ci ildə 40.355 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci il ilə müqayisədə 3.494 mln. manat və ya 8% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 43.849 mln. manat təşkil etmişdir.
Ötən il şirkət tərəfindən ümumilikdə 6.023 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 356 min manat və ya 6% çox olub.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.