25 C
Baku
Friday, April 19, 2024

“Qala Sığorta”nın xərcləri 1,9 dəfə artı, zərərə keçdi

“Qala Sığorta” ASC sığorta şirkəti ötən ili zərərlə bitirib.

Bu barədə Banker.az ASC-nin 2017-ci ilin 4 rübü üçün tərtib etdiyi maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata görə, ötən il ərzində “Qala Sığorta”nın cəmi gəlirləri 2 dəfəyə yaxın artaraq 10.66 mln. Azərbaycan manatı təşkil edib. Lakin, bu sığorta şirkəti də xərclərinin artımı səbəbindən ili zərərlə bitirməklə nəticələnib.

Belə ki, ötən il ilə müqyisədə Sığorta Şirkətnin xərcləri 2 dəfəyə yaxın artaraq 11.28 mln. manat təşkil edib. Nəticədə ili 618 min manat zərərlə bitirib. Beləliklə, Şirkətin yöğılmış zərəri artaraq 778 min manata qədər artıb.

“Qala Sığorta”nın zə Cəmi kapitalı ötən ilin əvvəli ilə müayisədə sonunda 618 min manat kiçilərək 7,89 mln. manat təşkil edib.

Buna baxmayaraq, “Qala Sığorta” ilin əvvəli ilə müqayisədə cəmi aktivlərini 4 mln. manat artıraraq 15 mln. manata çatdıra bilib. Buna da əsas səbəb kimi qısa müddətli aktivlərindəki artımı göstərmək olar.

 

Qurum 8 mln.nizamnamə kapitalına malikdir.

Son xəbərlər
Digər xəbərlər