13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta”nın xalis mənfəəti 60 % artıb

“Qala Sığorta” ASC 2020-ci ili 2,14 milyon manat xalis mənfəətlə başa vurub.

Bu, 2019-ci ilə nisbətən 59,9 % çoxdur.

Ötən il “Qala Sığorta”nın gəlirləri 36,138 milyon manat (illik müqayisədə 16,5 % çox), xərcləri 33,378 milyon manat (13,9 % çox), mənfəət vergisi ödəmələri isə 618,97 min manat (68,6 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Qala Sığorta”nın aktivləri 47,535 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 50,7 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 63,5 % artaraq 35,651 milyon manata, balans kapitalı isə 22 % artaraq 11,884 milyon manata çatıb.

Xatırladaq ki, “Qala Sığorta” 1999-cu ildən fəaliyyət göstərən “Çartis Azərbaycan” şirkətinin bazasında yaradılıb. Hazırda onun nizamnamə kapitalı 8,05 milyon manatdır. Şirkətin səhmləri 100 % “AzReTəkrarsığorta” ASC-yə (“Qala Həyat Sığorta” ASC-nin 90 %-lik səhmdarı) məxsusdur.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər