“Qala Sığorta” ASC-nin 2024-cü ilin yanvar-mart ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-mart ayında 27.781 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2023-cü ilin eyni ayı ilə müqayisədə 2.102 mln manat və ya 7% azalma deməkdir.
Ötən ilin eyni dövrünə bu göstərici 29.883 mln. manat təşkil etmişdir.