“Qala Sığorta” ASC-nin 2022-ci ilin yanvar-oktyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.
Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.
Şirkət yanvar-oktyabr aylarında 37.880 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 3.173 mln. manat və ya 8% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 34.707 mln. manat təşkil etmişdir.
10 ayda şirkət tərəfindən ümumilikdə 4.982 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 505 min manat və ya 11% çox olub.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.