13 C
Baku
Friday, November 22, 2024

“Qala Sığorta”nın yığımlarında geriləmə – bir ildə 3 milyon manata yaxın pul itirib

“Qala Sığorta” ASC-nin 2022-ci ilin yanvar-sentyabr ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Banker.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-sentyabr aylarında 33.423 mln. manat həcmində sığorta haqqı toplayıb. Bu da 2021-ci ilin eyni ayı ilə müqayisədə 2.895 mln. manat və ya 8% azalma deməkdir. Ötən ilin eyni dövrünə bu göstərici 36.318 mln. manat təşkil etmişdir.

9 ayda şirkət tərəfindən ümumilikdə 4.330 mln. manatlıq sığorta ödənişi edilib. İllik müqayisədə ödənişlər 324 min manat və ya 8% çox olub.

Xatırladaq ki, “Qala Sığorta” şirkəti “Çartis-Azərbaycan” sığorta şirkətinin bazasında yaradılıb.

Son xəbərlər
Digər xəbərlər