16 C
Baku
Sunday, October 6, 2024

Qalmaqal yaratmış bədii əsərlər

Boris Vian — Məzarlarınıza tüpürməyə gələcəm

Bu roman nəşrdən çıxdığı andan etibarən əsl populyarlıq qazanır və bestsellerə çevrilir. Bu romanın ümumi tirajı indiyə qədər də Vian-ın digər əsərlərinin tirajlarını üstələyir. Roman Vianın işləri yolunda getməyən naşir dostunun xahişi ilə yazılmışdı. Lakin tezliklə roman həddindən artıq vulqar, pornoqrafik elan edilir.

Boris Pasternak — Doktor Jivaqo

Rus inqilabı dövründə yaşanan epik hərbi sevgi tarixçəsi 1988-ci illərə qədər Sovet ittifaqında qadağan edilmişdi. Pasternaka ədəbiyyat üzrə Nobel mükafatı təqdim edildikdə onun vətəndaşlarının reaksiyası o dərəcədə olur ki, yazıçı mükafatdan imtina edir. Bu zaman belə hesab edilirdi ki, əsərdə bolşevik partiyasına tənqid ünsürləri mövcuddur. 1957-ci ildə işıq üzü görmüş roman Pasternakın vətənində yalnızca 31 ildən sonra çap edilir.

Gustav Flober — Madam Bovari

“Madam Bovari” əsəri bu günə qədər yazılmış əsərlər sırasında ən dahi əsərlərdən biri hesab edilir. Lakin əsər 1857-ci ildə çap edildikdən sonra o mənəvi dünyanın təhqir edilməsi kimi qəbul edilir.

Frans Kafka — Çevrilmə

Kafkanın əsərləri nasist və sovet rejimində, həmçinin Çexoslavakiyada qadağa altında idi. Çünki Kafka əsərlərini çex dilində yazmaqdan imtina etmişdi və yalnızca alman dilində yazırdı.

Bret Easton Ellis — Amerikalı psixopat

Ellis-in 1991-ci ildə nəşr edilmiş bu romanı hələ işıq üzü görməmişdən öncə bir çox ictimai təşkilatlar tərəfindən etirazlara səbəb olur. Qeyd edək ki, müəllif zorakılıq və həyat yoldaşına qarşı nifrət təşviq etməkdə günahlandırılırdı.

Xalid Hüseyni — Çərpələng uçuran

Xalid Hüseyninin Əfqanıstanda yaşayan iki oğlan uşağının dostluğundan bəhs edən bu populyar romanı ABŞ-da qismən qadağan edilmişdi. Qadağaya səbəb isə əsərdə təcavüzün təsvir edilməsi və nalayiq sözlərin işlədilməsidir. Əsərin kino versiyası isə Əfqanıstanda qadağan edilmişdi.

Salman Rüşdi — Şeytan ayələri

Salman Ruşdi bu əsərinə görə Ayətullah Xomeyni tərəfindən edam cəzasına məhkum edilmişdi. Bu səbəbdən də yazıçı uzun illər boyu gizlənməyə məcbur olmuşdu. Əsər eyni zamanda müsəlmanlar arasında böyük qəzəbə səbəb olmuşdu. Xomeyni öz fətvasında yazıçını və kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsi lənətləmişdi. Xomeyni əmri ləğv etmədən dünyasını dəyişdiyindən əmri qüvvədə qalmışdır.

Son xəbərlər
Digər xəbərlər