-1 C
Baku
Sunday, December 15, 2024

Qalmaqala səbəb olan qanun layihəsi yenidən müzakirəyə çıxarıla bilər

“Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsi illərdir Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarılsa da, hələ də onun qəbuluna nail olunmayıb. Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə fikirlər birmənalı deyil. Belə hesab olunur ki, sözügedən qanun layihəsi Azərbaycan xalqının milli genofondunu təhlükə altında qoya, ailə institutlarına böyük zərbə vura bilər. Digər bir qisim isə düşünür ki, bu qanun layihəsi sonsuzluqdan əziyyət çəkən ailələr üçün son bir şans ola bilər.

Məsələ ilə əlaqədar Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi uzun müddətdən bəri həm cəmiyyətdə, həm də adiyyəti orqanlarda, eyni zamanda Milli Məclisdə müzakirə olunan mövzulardan biridir:

“Həmçinin cəmiyyətimizin bir çox üzvünün səbirsizliklə gözlədiyi qanunlardan biridir. Bu qanun ən son halı ilə keçən il Milli Məclisin aydiyyəti qurumunda, eləcə də səhiyyə komitəsində geniş müzakirə olunub. Azərbaycan adət-ənənələrinə uyğun, eyni zamanda dünyəvi tibbi bilgilər əsasında yeni düzəlişlər edilib, fərqli fikirlər ortaya atılıb. Demək olar ki, qanun layihəsi hazırdır. Prosedur olaraq ötən il payız aylarında yenidən aydiyyəti icra strukturlarına göndərilib. Bu işin tətbiqi, eləcə də mexanizmlərin qurulması və qanunla yanaşı, maliyyə qaynaqlarının əvvəlcədən planlaşdırılması üçün işlər görülür”.

 

 

Son xəbərlər
Digər xəbərlər