23 C
Baku
Friday, April 26, 2024

Qalmaqallı kriptobirja bağlandığını elan etdi

Banker.az xəbər verir ki, BitConnect kriptovalyuta layihəsi özünün kreditləşmə proqramının və kriptobirjanın bağlandığını elan edib.

Layihənin saytında yer alan məlumata görə, kredit xidmətləri artıq əlçatan deyil, mübadilə platforması isə 5 gündən sonra bağlanacaq. Tənzimləyicilərin qaydaları da daxil olmaqla buna bir neçə amil səbəb olub. Verilən məlumatlara əsasən, birja qeydiyyatdan keçməmiş qiymətli kağızların satışı ilə məşğul olub.

Qeyd edək ki, BitConnect daha əvvəl də Ponçi sxeminin təşkilində günahlandırılırdı. Layihə həmçinin dəfələrlə tənqidlərə məruz qalıb.

Bununla yanaşı, layihə heç nəyə baxmayaraq ICO həyata keçirməyə davam edəcək və BitConnect tokeni üçün alternativ əvəzləyici yaratmağı planlaşdırır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər