Qananın hazırkı prezidenti Nana Akufo-Addo 7 dekabrda keçirilən seçkilərdə qalib gələrək ikinci müddətə prezident seçilib.
Bu barədə “TASS” xəbər verir.
Ölkənin seçki komitəsinin rəhbəri Cin Mensa bildirib ki, seçicilərin 51,59 faizi Nana Akufo-Addoya səs verib. Hazırki prezident daha dörd il iqtidarda qalacaq.
Seçki komissiyasının rəhbəri seçkilərin dinc və insidentsiz keçdiyini vurğulayıb. Ümumilikdə 13 434 574 seçici seçki məntəqələrində səs verib.