24 C
Baku
Sunday, May 26, 2024

Qanunda AMB-nin mənfəətinin bölüşdürülməsinə dair maddədə dəyişiklik təsdiqləndi

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Banker.az bu barədə imzalanan qanunda deyilir.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsində “dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna” sözləri “dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna” sözləri ilə əvəz edilsin.

Maddə 12. Mərkəzi Bankın mənfəətinin bölüşdürülməsi

12.1. Hesabat ilinin mənfəəti ilk növbədə bu Qanunun 10.3-cü maddəsində nəzərdə tutulmuş normativə uyğun olaraq Mərkəzi Bankın kapital ehtiyatlarının formalaşdırılmasına yönəldilir.

12.2. Kapital ehtiyatları formalaşdırıldıqdan və Mərkəzi Bankın illik maliyyə hesabatı auditor rəyi ilə təsdiqləndikdən sonra reallaşdırılmış mənfəətin sərbəst qalığı dövlət büdcəsinə (o cümlədən müvafiq icra hakimiyyəti orqanının müraciətinə əsasən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dövlət zəmanəti üzrə borc öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yaradılan məqsədli büdcə fonduna) köçürülür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər