Banker.az xəbər verir ki, Arcview Market Research tədqiqat şirkətinin hesabatına əsasən, Amerikanın qanuni marixuana bazarı 2021-ci ildə ölkə iqtisadiyyatına 40 milyard dollar qazandıra bilər.
Verilən məlumatda qeyd olunur ki, bu məbləğə birbaşa və dolayı amillər daxildir: yeni iş yerləri və vergi tutulmaları. Məsələn, Kaliforniyada 4 il ərzində marixuana becərilməsi və paylanması sahəsi təqribən 150 min nəfəri yeni iş yeri ilə təmin edə bilər.
2017-ci ildə marixuana bazarı ABŞ iqtisadiyyatına 16 milyard dollar qazandırıb. Gözləntilərə əsasən, 2021-ci ilə qədər marixuana ABŞ-ın 35 ştatında bu və ya digər formada qanuniləşdiriləcək. Onun satış həcmi isə 23 milyard dollara çata bilər.
Hazırda marixuana tibbi məqsədlər üçün 6 ştatda – Kolorado, Vaşinqton, Oreqon, Alyaska, Nevada və Kaliforniya – qanuni hesab olunur. Lakin federal qanunvericiliyə əsasən, marixuana əvvəlki kimi qadağan olunmuş maddələr sırasına daxildir.