11 C
Baku
Monday, November 25, 2024

Qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılırmı?

Şirkət təmir işi həyata keçirərkən digər şirkətin əmlakına zərər vurub. Məhkəmə zərərçəkən şirkətin xeyrinə 8.000 manat cərimə ödənilməsi barədə qərar çıxardıb. Həmin məbləğ gəlirdən çıxılan xərcə aid edilə bilərmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən, X fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Vergi Məcəlləsinin 119.1.2-ci maddəsi ilə gəlirin əldə edilməsi ilə şərtləndirilərək mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analoji cərimələrin gəlirdən çıxılmasına məhdudiyyət qoyulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 119-cu maddələri

Son xəbərlər
Digər xəbərlər